ABŞ administrasiyası İran neftinin Çinə göndərilməsinə mane olmaq üçün yeni tədbirlər görmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat verib.
Məlumata görə Vaşinqton İranın nüvə proqramı ilə bağlı danışıqlarda Tehrandan güzəştlər əldə etməyə ümid edir.
Məlumatda ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun çərşənbə günü Ağ Evdə keçirdikləri görüşdə ABŞ-ın ilk növbədə Çinə neft satışı ilə bağlı İrana iqtisadi təzyiqi artıracağı barədə razılığa gəliblər.
ABŞ tərəfi bunun İranı nüvə proqramı ilə bağlı əhəmiyyətli güzəştlər etməyə məcbur edə biləcəyinə inanır.