AZ

ABŞ miqrantların deportasiyasına 38 milyard dollardan çox pul ayırmağı planlaşdırır

Vaşinqton administrasiyası qanunsuz miqrantların deportasiyasını sürətləndirmək məqsədilə bir sıra ştatlarda onların saxlanılması mərkəzlərinin yaradılmasına təxminən 38,3 milyard dollar xərcləməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu, Nyu-Qempşir ştatının qubernatoru Kelli Eyottun saytında dərc edilmiş Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) sənədlərində əks olunub.

Plana əsasən, 2026-cı il noyabrın 30-dək miqrantların deportasiyasından əvvəl saxlanılması üçün səkkiz böyük mərkəz, həmçinin daha kiçik ölçülü 16 məntəqə yaradılacaq. Bunun üçün, mövcud binalar yenidən qurulacaq. Qurumun dəqiqləşdirdiyi kimi, saxlama mərkəzlərinin istifadəsinin yeni modelinin dəyəri 38,3 milyard dollara qiymətləndirilir. Bu tədbirlərin həyata keçirilməsi xidmətə eyni vaxtda 92 mindən çox miqrantı həbs altında saxlamağa imkan verəcək.

Sənədlər ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DTN) tərəfindən Eyottun sorğusu əsasında onun aparatına təqdim edilib. Miqrasiya və Gömrük Nəzarəti Xidməti nazirliyin strukturuna daxildir.

Daha əvvəl məlumat verilib ki, Merilend, Virciniya, Minnesota, Texas, Nyu-Qempşir və Nyu-York daxil olmaqla bir sıra Amerika ştatlarının sakinləri ABŞ hakimiyyətinin qeyd olunan mərkəzləri yaratmaq planlarına etiraz ediblər.

Seçilən
18
far.az

1Mənbələr