ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsinə yönəlmiş əməliyyatı zamanı süni intellekt sistemi istifadə olunub.
"Ölkə.az" xəbər verir ki, The Wall Street Journal yazır: əməliyyatda “Claude” adlı neyroşəbəkə ABŞ-nin “Palantir” şirkəti ilə müqavilə çərçivəsində tətbiq edilib.
Məlumata görə, bu hadisə yüksək səviyyəli generativ süni intellekt modelinin real hərbi əməliyyatda istifadəsinin ilk məlum nümunəsi hesab olunur. Maraqlıdır ki, sistemin rəsmi qaydalarında onun zorakılıq, silah və izləmə məqsədləri üçün tətbiqi qadağan edilir.
Buna baxmayaraq, texnologiya əməliyyatın planlaşdırılması və böyük həcmli məlumatların analizində mühüm rol oynayıb. Nəşr qeyd edir ki, fakt süni intellektin müharibələrdə tətbiqi ilə bağlı etik və hüquqi mübahisələri yenidən alovlandırıb.(musavat.com)