Milli komandamızın müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında 21-ci turun oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda öz meydanında “Slavia Sofiya” ilə qarşılaşıb.
Oyun Cəlalın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Arda”nın ilk qolunu “Neftçi”nin sabiq hücumçusu Andre Şinyaşiki vurub.
Hüseynov əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Bu qələbədən sonra xallarının sayını 27-ə çatdıran “Arda” turnir cədvəlində 16 komanda arasında 9-cu pillədə qərarlaşıb.