AZ

NATO təlimində Türkiyədən güc nümayişi FOTO

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

NATO-nun "Steadfast Dart-2026" təlimi çərçivəsində TCG "Anadolu" gəmisindən havaya qalxan "Bayraktar TB-3" zərbə PUA-ları (SİHA) təyin olunmuş hədəfləri müvəffəqiyyətlə məhv edib. Bu uğurlu əməliyyat Türkiyənin müştərək hərəkat qabiliyyətinin yüksək səviyyəsini bir daha əyani şəkildə nümayiş etdirib.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Nazirliyin rəsmi açıqlamasında bildirilib ki, təlim zamanı quru, dəniz və hava qüvvələri yüksək koordinasiya ilə fəaliyyət göstərib və üstün döyüş imkanları ortaya qoyulub. Yayılan məlumata əsasən, Baltik dənizində yerləşən hədəfləri tam dəqiqliklə vuran TB-3 PUA-ları tapşırıqları qüsursuz şəkildə yerinə yetirdikdən sonra gəmiyə təhlükəsiz şəkildə geri qayıdıblar.

Vurğulanıb ki, NATO müttəfiqləri ilə birgə həyata keçirilən bu genişmiqyaslı manevrlər müştərək hərəkat və çəkindirmə qabiliyyətlərinin inkişafı baxımından kritik əhəmiyyət daşıyır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
cebheinfo.az

1Mənbələr