AZ

Bu iki balığı yeyənlərin saçı ağarmır

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son illər gənclər arasında da geniş yayılan saç ağarması probleminə qarşı dəniz məhsulları əsaslı yeni həll yolu tapılıb. Klinik araşdırmalar göstərir ki, somon (qızılbalıq) və uskumru istehlakı saç tellərinə rəng verən melanin piqmentinin qorunmasında həlledici rol oynayır. Dəniz bioloqları və trixoloqların fikrincə, bu iki balıq növü saç köklərindəki oksidativ streslə mübarizə aparmaq üçün bənzərsiz mənbədir.Demokrat.az xəbər verir ki, Somon balığı tərkibindəki yüksək selenyum və D vitamini sayəsində baş dərisindəki hüceyrələrin yenilənməsinə kömək edir. Xüsusilə bu balığa çəhrayı rəngini verən "astaksantin" maddəsi tibb ədəbiyyatına saç köklərini qocaldan təsirlərə qarşı ən güclü antioksidantlardan biri kimi daxil olub. Uskumru isə zəngin Omeqa-3 yağ turşuları və B12 vitamini kompleksi ilə saç köklərinin bioloji yaşlanma sürətini xeyli aşağı salır.Dünya şöhrətli mütəxəssislərin bu möbalvzuda fikirləri kifayət qədər konkretdir. Miami Universitetinin dermatologiya professoru Dr. Antonella Tosti bildirir ki, somon kimi yağlı balıqlarda olan B12 vitamini çatışmazlığı saçların vaxtından əvvəl ağarması ilə birbaşa əlaqəlidir. Bu qidaların müntəzəm qəbulu piqment istehsal edən melanosit hüceyrələrinin ömrünü uzadır. Dünya Trixologiya Birliyinin rəhbəri Dr. David Kingsli isə əlavə edir ki, uskumru saç köklərində yığılan və ağarmaya səbəb olan hidrogen peroksid miqdarını azaltmaq qabiliyyətinə malikdir.İngiltərədə aparılan araşdırmalar da bu nəzəriyyəni statistik rəqəmlərlə təsdiqləyir. Həftədə ən azı iki dəfə somon və ya uskumru yeyən şəxslərdə piqment itkisinin digərlərinə nisbətən 30 faiz daha az olduğu müşahidə edilib. Tədqiqatçılar vurğulayırlar ki, genetik meyilliyi olan insanlarda belə bu balıqların tərkibindəki təbii yağlar ağarma prosesini biokimyəvi səviyyədə təxirə sala bilir. Lakin maksimum fayda əldə etmək üçün bu balıqların dondurulmuş və ya konservləşdirilmiş yox, məhz təzə halda istehlak edilməsi tövsiyə olunur.Kənan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr