AZ

Ukraynanın belə qalib gəlməsi mümkün deyil Frederiksen

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynaya Rusiyaya zərbələr endirmək üçün lazım olan silahlar verilməli və onun əl-qolu açılmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı əsas problemlərdən biri onun müharibədə istifadə edə biləcəyi silahlarla bağlı mövcud “qırmızı xəttlər”dir.

“Bir əli bağlı vəziyyətdə müharibədə qalib gəlmək mümkün deyil. Biz onlara Rusiyaya zərbə endirə bilmələri üçün silah verməliyik. Rusiya Avropa ilə sülhdə maraqlı deyil və yalnız güc dilini anlayır. Ukraynaya NATO üzvlüyünün verilməsi münaqişənin qarşısını ala bilərdi”, – o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
axar.az

1Mənbələr