Almaniya nəhəngi “Bavariya” yay transfer pəncərəsi üçün hücum xəttini gücləndirmək məqsədilə yeni variantları nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, “Qalatasaray”ın futbolçusu Viktor Osimhen də klubun diqqət mərkəzindədir.
26 yaşlı futbolçu Münhen təmsilçisinin transfer siyahısında ciddi namizədlərdən biri hesab olunur.
Hazırda Nigeriya millisinin üzvü olan hücumçunun bir çox böyük klub tərəfindən yaxından izlənildiyi və yay transfer dönəmində onun ətrafında rəqabətin daha da artacağı gözlənilir.