AZ

"Təxribatların öhdəsindən gələ bilmirsənsə, futboldan başqa işlə məşğul olmaq lazımdır" - Fabreqas

"Komo”nun baş məşqçisi Sesk Fabreqas A Seriyasının 25-ci turunda “Fiorentina”ya qarşı (1:2) oyunda Alvaro Moratanın qırmızı vərəqə almasını tənqid edib.

Sportal.az xəbər verir ki, ispan hücumçu bir dəqiqə ərzində iki sarı vərəqə alıb. 88-ci dəqiqədə Rolando Mandrago­ra ilə mübahisədən sonra ilk xəbərdarlığı görüb, bir dəqiqə sonra isə Luka Ranyerinin təkanına kobud şəkildə cavab verərək ikinci sarı vərəqəni alıb.

"Təxribatlar futbolun bir hissəsidir. Əgər oyunun bu tərəfinin öhdəsindən gələ bilmirsənsə, başqa işlə məşğul olmaq lazımdır.

Morata təcrübəli oyunçudur və mən bu baxımdan ondan daha çoxunu gözləyirəm." – deyə Fabreqas DAZN-ə açıqlamasında bildirib.

saytlarin hazirlanmasi

Seçilən
33
1
sportal.az

2Mənbələr