AZ

İsrail ordusu Livanda “Hizbullah” mövqelərini vurur

BAKI, 15 fevral. TELEQRAF

İsrail ordusu Livanın cənubunda şiə təşkilatı “Hizbullah”ın hədəflərinə qarşı yeni silsilə zərbələr endirməyə başladığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilir ki, hücumlar “Hizbullah” tərəfindən atəşkəs razılaşmalarının dəfələrlə pozulmasına cavab olaraq həyata keçirilir.

Ordunun məlumatına görə, əməliyyat Livanın cənubunda təşkilatın mövqelərinə yönəlib.

Seçilən
24
teleqraf.com

1Mənbələr