Modern.az saytına istinadən ain.az xəbər verir.
Türkiyə Super Liqasında XXII turun qarşılaşmaları çərçivəsində “Trabzonspor” doğma meydanda “Fənərbaxça”nı qəbul edib.
Modern.az xəbər verir ki, oyun ev sahiblərinin fəal startı ilə başlayıb və 6-cı dəqiqədə Ernest Muçi hesabı açıb. Lakin qoldan qısa müddət sonra “sarı-lacivərdlilər” Anderson Taliska hesabı bərabərləşdirib.
34-cü dəqiqədə Kerem Aktürkoğlu qonaqları hesabda irəli çıxarıb. İlk hissənin sonlarında isə Paul Onuaçu fərqlənərək komandaların fasiləyə 2:2 hesabı ilə yollanmasını təmin edib.
İkinci yarıda təzyiqi artıran Domeniko Tedeskonun komandası Marko Asensionun vurduğu qolla üstünlüyü yenidən ələ alıb.
Beləliklə, qarşılaşma “Fənərbaxça”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.