İngiltərə Kubokunun IV mərhələsində "Aston Villa" və "Nyukasl" komandaları qarşılaşıb.
90deqiqe.Az-ın məlumata görə, matç Villa Park stadionunda baş tutub və qonaqlar 3:1 hesabı ilə qələbə qazanıblar. Oyunun baş hakimi Kris Kavanaqh olub.
Oyun ev sahibləri üçün uğurlu başlanıb: 14-cü dəqiqədə Tammi Abraham hesabı açaraq “Aston Villa”nı önə çıxarıb. Lakin 45+1-ci dəqiqədə qapıçı Marko Bizot qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və bu “Aston Villa” üçün çətinlik yaradıb.
Qonaqlar ilk hissədən sonra üstünlüyü ələ keçirib. 63-cü dəqiqədə Sandro Tonali hesabı bərabərləşdirib, 76-cı dəqiqədə isə dublla komandasını önə çıxarıb. 88-ci dəqiqədə Nik Voltemade qonaqlar üçün üçüncü qolun müəllifi olub və nəticəni 3:1 müəyyən edib.
Qeyd edək ki, hazırkı turnirin qalibi "Kristal Pelas" olub. Onlar finalda “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub ediblər.