AZ

“Nyukasl” “Qarabağ”la oyundan öncə qələbə qazandı

style='margin-bottom:10px;'>

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" İngiltərə kubokunda 1/16 final oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə "Aston Villa"nın qonağı olub. 

İlk hissədən sonra “Nyukasl” məğlub durumda olsa da, rəqibin azlıqda qalmasından faydalanaraq, matçda geridönüş edə bilib. İkinci 45 dəqiqədə 3 dəfə fərqlənən Eddi Haunun komandası Bakı səfəri öncəsi qələbə qazanıb və adını 1/8 finala yazdırıb. 

İngiltərə kuboku, 1/16 final

14 fevral

"Aston Villa" - "Nyukasl" - 1:3
Qollar:
Abraham, 14 (1:0), Tonali, 63 (1:1); 76 (1:2), Voltemade, 88 (1:3)
Qırmızı vərəqə: Bizot, 45+1 (“Aston Villa”)
Baş hakim: Kris Kavanaq
"Villa Park"

Qeyd edək ki, "Qarabağ"la "Nyukasl" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Seçilən
15
teleqraf.com

1Mənbələr