ain.az bildirir, Demokrat.az portalına istinadən.
Demokrat.az 15 Fevral üçün günün ulduz falını təqdim edir:QoçBu gün mənfi fikirlər zehninizi məşğul edə bilər, ancaq bu vəziyyət əslində hədəflərinizi dəqiqləşdirmək üçün bir fürsətdir. Riskli addımlardan qaçıb, özünü doğrultmuş metodlara üstünlük verməyiniz məsləhətdir. Sevdiyiniz insanlarla görüşlər uğurlu keçəcək, daxili enerjiniz ətrafdakıların diqqətini cəlb edəcək. Maliyyə məsələlərində "haqq etdim" deyərək qəfil alış-veriş etmək sonradan peşmançılığa səbəb ola bilər. Sevgi həyatınızda isə şirin bir rəqabət xoş bir münasibətin başlanğıcı ola bilər.BuğaPeşəkar sahədə xoş xəbərlər qapıdadır. Evinizdə və ya iş mühitinizdə nizam yaratmaq istəyi həm də zehni təmizlənmə ehtiyacından xəbər verir. Bu gün kimsədən kömək gözləmədən öz yolunuzu cızsanız, daha çox qazanarsınız. Strateji yanaşma pul məsələlərində sizə üstünlük qazandıracaq. Əgər münasibətlərinizdə qeyri-müəyyənlik varsa, bu gün həmin düyünləri açmaq üçün ən uyğun zamandır. Sağlamlığınız üçün qısa bir meditasiya və ya idman enerjinizi bərpa edəcək.Əkizlərİş həyatında performansınızın zirvəsində olacaqsınız. Çoxvazifəlilik bacarığınız başqalarını heyrətləndirə bilər. Bu gün yaradıcı ideyalarınızı həyata keçirmək üçün əla fürsətlər yaranacaq. Dostlarınızla edəcəyiniz sadə bir söhbət gözlənilməz maliyyə qapıları aça bilər. Sevgi həyatınızda sürpriz mesajlar və ya flört etdiyiniz şəxsdən gələn addımlar gününüzü rəngləndirəcək. Planlarınızda yaranan kiçik dəyişikliklərə üzülməyin, onlar daha böyük fürsətlərin carçısı ola bilər.Xərçəngİşdə bəzi narazılıqlar yaşansa da, ümumi tendensiya müsbətdir. Başqalarının sizi tam anlamadığını hiss edə bilərsiniz, ona görə də daxili səsinizə güvənin. Bütün yükü təkbaşına çəkməkdən imtina edin və vəzifələri bölüşdürün. Keçmişdən gələn bir xəbər və ya köhnə tanış hisslərinizi qarışdıra bilər. Münasibəti olanlar partnyoru ilə səmimi söhbət edərək inciklikləri aradan qaldırmalıdır. Maliyyə məsələlərində borc və ödənişləri qaydaya salmaq sizi rahatladacaq.ŞirNarahatlıqların geridə qaldığı, xoşbəxt bir gün sizi gözləyir. Hər şeyi təkbaşına etmək vərdişindən uzaqlaşıb, tərəfdaşlıqlara önəm verməyin vaxtıdır. Səhnə arxasında qalıb müşahidə aparmaq sizə daha güclü bir strategiya qurmaqda kömək edəcək. Karyeranızda gözlədiyiniz yüksəliş çox yaxındadır. Subay Şirlər üçün cəsarətli bir tanışlıq ehtimalı var, münasibəti olanlar isə romantik bir bazar gecəsi planlaşdıra bilərlər.QızBöyük planlar qurmaq yerünə bu gün kiçik detalları həll etmək daha səmərəlidir. İş həyatında qarşılaşa biləcəyiniz kiçik bir axsaqlıq bütün həftənin gedişatına təsir edə bilər, odur ki, diqqətli olun. Maliyyə hesablamalarında xəta riskinə qarşı hər şeyi nəzarətdə saxlayın. Sevgi həyatınızda uzun müddətdir yolunu gözlədiyiniz maraq nəhayət qarşınıza çıxa bilər. Hisslərinizə qulaq asmaq sizi doğru insana yönəldəcək.TərəziBu gün ətrafınıza xüsusi bir sirr və cazibə yayırsınız. İnsanların sizə olan inamı həm işdə, həm də şəxsi həyatda sizi ruhlandıracaq. Maddi məsələlərdə ortaq məxrəcə gəlmək və yeni iş birlikləri qurmaq üçün uyğun zamandır. Subay Tərəzilər sevgidə zəmanət axtardıqları üçün ehtiyatlı davrana bilərlər. Bazar gününü öz daxili sülhünüzü tapmaq üçün istifadə etsəniz, yeni həftəyə daha gümrah başlayarsınız.Əqrəbİntuisiyanızın sizi yönləndirdiyi planları həyata keçirməyin tam vaxtıdır. Zehninizi məşğul edən mövzuları təkrar-təkrar düşünmək yerinə, bir az axışa buraxmağı sınayın. Karyeranızda bəzən müdaxilə etməmək ən yaxşı müdaxilədir. Maddi qazanclar gözlədiyinizdən daha tez qapınızı döyə bilər. Sevgi həyatınızda qarşı tərəflə üz-üzə gəlib açıq danışmaq aranızdakı bütün dumanı dağıdacaq.OxatanÜnsiyyət bacarığınız bu gün ən böyük silahınız olacaq. Doğru sözlərlə mübahisələri həll edə və insanları özünüzə heyran qoya bilərsiniz. Praktik məsələlərə yönəlmək və yarımçıq qalmış işləri tamamlamaq sizə zövq verəcək. Qəfil yaranan bir səyahət və ya gəzinti planı bütün enerjinizi dəyişdirə bilər. Sevgidə daha rəngarəng və canlı bir dövrə qədəm qoyursunuz; həm evdə, həm də çöldə keçirdiyiniz vaxt sizə unudulmaz anlar yaşadacaq.OğlaqBu günü ailənizə və yaxınlarınıza ayırmaq sizə mənəvi güc verəcək. Kiçik problemlərin öz-özünə həll olunduğunu görəcəksiniz. Pul qazanmaq və karyera hədəflərinizi irəlilətmək üçün daxili motivasiyanız olduqca yüksəkdir. Yaradıcı düşüncə və strateji planlaşdırma tələb edən işlərdə uğur qazanacaqsınız. İnsanlar sizin sərhədlərinizə hörmət edəcək və liderlik bacarığınızı təqdir edəcəklər.DolçaTələsmədən, həyatın dadını çıxararaq irəliləməli olduğunuz bir gündür. Gözlənilməz dəstəklər sayəsində çətin məsələlərin asanlıqla həll olunduğunu görəcəksiniz. Bir qədər arxa planda qalıb öz şəxsi inkişafınıza vaxt ayırmaq sizə yaxşı gələcək. Sizi həyəcanlandıran yeni layihəyə başlamaq üçün kifayət qədər ilhamınız var. Sağlamlığınız üçün istirahətə vaxt ayırmağı və intuisiyanıza qulaq asmağı unutmayın.BalıqlarBu gün vacib sahələrdə yeni qapılar üzünüzə açıla bilər. Yaxın dostunuzdan və ya sevdiyiniz şəxsdən gələn mənəvi dəstək sizə özünüzü daha güclü hiss etdirəcək. Özünüz üçün əlverişsiz hesab etdiyiniz şərtləri artıq qəbul etmək niyyətində deyilsiniz. Qətiyyətli addımlarınız həm maddi, həm də mənəvi sahədə bəhrəsini verəcək. Sevdiklərinizlə uzun müddətdir qaçdığınız mövzuları müzakirə etmək üçün cəsarətinizi toplayın.Kənan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.