“Formula-1” üzrə yeddiqat dünya çempionu Mihael Şumaherin ilk bolidi hərracda 5,082 milyon avroya satılıb.
"Football-plus.az" xəbər verir ki, almaniyalı pilotun ilk qələbəsini qazandığı “Benetton B192” avtomobilinin start qiyməti 8,5 milyon avro olub. Sövdələşmə nəticəsində məbləğ aşağı salılıb.
57 yaşlı Şumaher “Formula-1” yarışlarında çempion titullarının sayına görə iki rekordçudan biridi. Britaniyalı Lüis Hemilton da 7 dəfə çempion olub. Karyerası boyunca 91 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan almaniyalı 2013-cü ildə Alp dağlarında xizək sürərkən ağır baş-beyin zədəsi alıb.
Qəzadan sonra uzun müddət komanda olub, süni nəfəs aparatına qoşulub. Ailəsi ictimaiyyətə onun sağlıq durumu haqda bilgi vermir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta