AZ

Maktominey “Roma” qarşısında oyununu buraxacaq

Şotlandiyalı yarımmüdafiəçi Skott Maktominey "Napoli"nin bazar günü “Roma” ilə matçında iştirak etməyəcək.

90deqiqe.Az-ın məlumata görə, baş məşqçi Antonio Konte onun tam sağalmadığını nəzərə alaraq risk etməməyi üstün tutub.

Qeyd olunur ki, Maktominey əvvəlki görüşdə də eyni səbəbdən meydana çıxmamışdı – iltihab ciddi zədəyə çevrilə bilərdi. Konte komandasını bu oyunda Maktominey olmadan oynatmağa qərar verib.

Şotlandiyalı futbolçu 2024-cü ildən  "Napoli"də çıxış edir, amma onun transfer hüquqları "Mançester Yunayted"a məxsusdur.

Seçilən
13
90deqiqe.az

1Mənbələr