AZ

“Nyukasl” Bakı səfəri öncəsi qələbə qazandı

BAKI, 14 fevral. TELEQRAF

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan İngiltərənin “Nyukasl” klubu Bakı səfəri öncəsi son oyununu keçirib.

Teleqraf xəbər verir ki, “sağsağanlar” FA Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Aston Villa”nın qonağı olub.

“Villa Park”da baş tutan görüşdə Ağdam təmsilçisinin rəqibi 3:1 hesablı qələbə qazanıb.

Edd Haunun rəhbərlik etdiyi kollektivin qollarını Sandro Tonali (63 və 76-cı dəqiqələr) ilə Nik Voltemade (88) vurublar. “Aston Villa”dan isə Temmi Abraham (14) fərqlənib.

Meydan sahibi komanda ilk hissənin əlavə edilmiş dəqiqəsində qapıçı Marko Bizotun qırmızı vərəqə alması ilə azlıqda qalıb.

Bununla da “Nyukasl” 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasındakı pley-offun ilk görüşü fevralın 18-də Bakıda, cavab oyunu isə fevralın 24-də İngiltərədə baş tutacaq.

Seçilən
25
teleqraf.com

1Mənbələr