AZ

Türkiyə Superliqası: “Fənərbağça” “Trabzonspor”a qalib gəlib

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Superliqasında 22-ci turun daha 3 oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, “Fənərbağça” səfərdə “Trabzonspor”la qarşılaşıb.

Matç qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul klubunun qollarını Anderson Talişka (15), Kərəm Aktürkoğlu (34) və Marko Asensio (48) vurublar. Qara dəniz təmsilçisində isə Ernest Muçi (6) və Pol Onuaçu (43) fərqləniblər.

Bu oyundan sonra xallarını 52-yə çatdıran “Fənərbağça” ikinci pillədə qərarlaşıb. “Trabzonspor” isə 45 xalla üçüncüdür.

Günün digər oyunlarında “Gənclərbirliyi” “Rizespor”la 2:2 hesablı heç-heçə edib, “Alanyaspor” isə “Konyaspor”dan üstün olub - 2:1.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
90
7
icma.az

10Mənbələr