AZ

İran Buşehr nüvə reaktorunun tikintisini davam etdirir

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Buşehr Nüvə Elektrik Stansiyasına baş çəkib.

Bizimyol.info xəbər verir ki, İslami İranın cənubundakı Buşehr Nüvə Elektrik Stansiyasının ikinci və üçüncü bloklarının tikinti prosesi ilə maraqlanıb.

Orada verilən açıqlamada İslami: "Buşehrdə nüvə reaktorunun tikintisi davam edir. Bu stansiyanın ikinci və üçüncü bloklarının tikinti layihəsində 18 faiz irəliləyiş əldə edilib", - deyə qeyd edib.

Buşehr Nüvə Elektrik Stansiyasının ikinci və üçüncü blokları Rusiyanın dövlət şirkəti "Rosatom" tərəfindən tikilir.

Ötən ilin sentyabr ayında İran və Rusiya arasında dörd nüvə elektrik stansiyasının tikintisi üçün 25 milyard dollarlıq müqavilə imzalanıb. Bu müqavilə Moskvada Dünya Atom Həftəsi (WAW) çərçivəsində keçirilən "Atom Expo 2025" sərgisində imzalanıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
bizimyol.info

1Mənbələr