AZ

Adetokunbo “Çelsi”nin sahibləri sırasına qoşuldu

“Miluoki”nin forvarsı Yannis Adetokunbo “Çelsi”nin qadınlardan ibarət futbol komandasının həmsahibləri sırasına qoşulub.

"Football-plus.az" xəbər verir ki, 31 yaşlı yunan basketbolçu bu imkana görə qürur duyduğunu bildirib:

“Çelsi”nin tarixi çox şey deməkdi. Qadın idmanının sonrakı inkişafına və təsir dairəsinin artmasına verəcəyim dəstəyə görə şadam Bu artıq ambisiya, irs və oyunun növbəti səviyyəyə yüksəlməsi məsələsidi. İrəli, “Çelsi”.

Adetokunbo 2021-ci ildə MBA çempionu və finalın MVP-si olub. O, 7 dəfə Ulduzların oyununda iştirak edib. “Çelsi” hazırda 27 xalla İngiltərənin qadın futbol komandaları arasında çempionatında 3-cü pillədə qərarlaşıb.
Seçilən
134
1
football-plus.az

2Mənbələr