AZ

Ukrayna Prezidenti Cenevrədə sülh danışıqlarının əsas mövzusunu açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Cenevrədə keçiriləcək sülh danışıqlarında Ukrayna, ABŞ və Rusiya atəşkəs zamanı monitorinq missiyasının iş mexanizmini müzakirə edəcək.

"Far.Az" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, o bunu Münxendə jurnalistlərə açıqlayıb.

"Hərbi aspektlərə gəldikdə, savaş başa çatdıqdan sonra atəşkəs yoxlamasının necə aparılmasını bilmək üçün monitorinq missiyası qəbul edilməlidir", - Zelenski bildirib.

O əlavə edib ki, Ukrayna enerji atəşkəsi mövzusunu qaldıracaq, lakin bu məsələnin təfərrüatlarını hələlik açıqlaya bilmir.

Bundan əlavə, Ukrayna lideri bildirib ki, ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra Ağ Ev rəhbərinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə telefon danışığı aparacaq.

"İndi katib Rubio ilə görüşəcəyik. İki saatdan sonra birbaşa buradan (Münhendən - red.) Uitkoff və Kuşnerlə telefon danışığı aparacağıq", - Zelenski bildirib.

Onun sözlərinə görə, müharibəni bitirməklə bağlı Kiyevin üzləşdiyi ittihamların əksini isbatlamaq üçün işlər davam etdiriləcək.

Seçilən
22
2
far.az

3Mənbələr