AZ

Avropa-ABŞ gərginliyi fonunda Corcia Melonidən gözlənilməz addım

İtaliyanın Baş naziri Corcia Meloni Münhen Təhlükəsizlik Konfransında iştirak etmək əvəzinə Afrikaya səfərə üstünlük verib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, "La Repubblica" nəşri bunu Almaniya kansleri Fridrix Mertsin Avropa ilə ABŞ arasındakı fikir ayrılıqlarına dair bəyanatlarının yaratdığı narahatlıqla əlaqələndirib.

"Qitə liderlərinin əksəriyyəti Ukrayna münaqişəsini və ABŞ ilə Aİ arasındakı olduqca mürəkkəb münasibətləri müzakirə etdiyi bir vaxtda, İtaliyanın baş naziri 7 min kilometrdən çox məsafə qət edərək Əddis-Əbəbə hava limanına eniş edir", - məqalədə qeyd olunur.

Nəşrin məlumatına görə, bu il Meloniyə xüsusi ehtiram göstərilərək, birbaşa Mertsdən sonra çıxış etmək təklif olunub. Buna baxmayaraq, İtaliya hökumətinin başçısı foruma qatılmamağı seçib.

KİV C.Meloninin bu addımını F.Mertsin məhz həmin tədbirdə Atlantik okeanının iki sahili arasındakı "parçalanma" barədə danışmasından doğan narahatlığı azaltmaq istəyi ilə əlaqələndirirlər. "La Repubblica" vurğulayır ki, Meloni "Qərbin birliyini" qorumaq naminə hər fürsətdə bu parçalanmanı aradan qaldırmaq arzusunu nümayiş etdirir.

"Cebheinfo.az"

Seçilən
29
4
cebheinfo.az

5Mənbələr