AZ

İtaliya Qəzza Sülh Şurasına müşahidəçi kimi qoşulacaq

İtaliyanın Baş naziri Giorgia Meloni İtaliyanın Qəzza Sülh Şurasına müşahidəçi kimi qoşulacağını açıqlayıb.

Bu barədə o ikinci İtaliya-Afrika Zirvə toplantısına ev sahibliyi etdiyi və Afrika İttifaqı Dövlət və Hökumət Başçıları Assambleyasının iclasında iştirak etdiyi Əddis-Əbəbədə jurnalistlərə bildirib.

"Biz müşahidəçi kimi dəvət aldıq və Sülh Şurasına qoşulmağımıza mane olan konstitusiyamızdakı problemləri nəzərə alsaq, bunu yaxşı bir qərar hesab edirik. Müşahidəçi ölkə kimi iştirak etmək üçün bu dəvəti qəbul edəcəyik", - Meloni qeyd edib.

Lakin, o təmsilçilik səviyyəsi ilə bağlı hələlik qərar verilmədiyini vurğulayıb

Seçilən
11
anews.az

1Mənbələr