AZ

Keçmiş məcburi köçkünlərin yaşadığı yataqxanaya siçovul və taxtabitilər daraşırVİDEO

Üzəri qopub tökülən fasad, tez-tez alışan elektrik şitləri, daman damlar, mamır bağlamış divarlar...

Xezerxeber.az xəbər verir ki, bura 93-cü ildən bəri Füzuli, ağdam, Qubadlı və digər rayonlardan olan məcburi köçkünlərin məskunlaşdığı yataqxanadır.

Sakinlər deyirlər ki, binanı basan siçovullardan xilas yollarını axtarırlar, amma özbaşlarına öhdəsindən gələ bilmirlər.

Onlar deyirlər ki, binaya təkcə siçovullar yox, həm də bitlər darışıb.

Bildirildi ki, binanın padvalı su ilə dolu olduğundan belə problemlər yaranır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirildi ki, qeyd olunan ünvandakı binanın vəziyyəti ilə bağlı Komitə məlumatlıdır. Məsələ ilə bağlı aidiyyatı qurumlarla birgə tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
128
xezerxeber.az

1Mənbələr