AZ

Aktyorun dəfnindən çıxıb pivə içməyə getdilər Foto

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Kanbolat Görkem Arslan 45 yaşında vəfat edib.

Axşam.az-ın məlumatına görə, aktyorun rol aldığı "Poyraz Karayel" serialının aktyor heyəti Kanbolatın vida mərasiminin ardından məkanlardan birində əyləşib.

Serialın rejissoru Çağrı Vila Lostuvali aktyor heyəti ilə birlikdə çəkdirdiyi şəkli "Rəhmətlə, Kga..." başlığı ilə paylaşıb. Dəfndən sonra onların birgə əyləşərək güldükləri fotonu yayımlamaları izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bundan başqa şəkildə masanın üzərində pivə də olduğu öz əksini tapıb. Sözügedən paylaşıma görə izləyicilər onları qınayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
axsam.az

2Mənbələr