AZ

Prezident: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

Bakı, 14 fevral, AZƏRTAC

Düşünürəm ki, TRIPP Prezident Trampın adını daşıyır və bu o deməkdir ki, həmin dəhliz bu administrasiya və ondan sonrakılar üçün də vacib olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.

Dövlətimizin başçısı deyib ki, əgər belə olmasaydı, Prezident öz adını (dəhlizə - red.) verməzdi. Onun adının verilməsi o deməkdir ki, bu icra olunacaq.

Seçilən
35
23
azertag.az

10Mənbələr