AZ

"Samsunspor" yeni baş məşqçi ilə razılığa gəlib

"Samsunspor" klubunun yeni baş məşqçisi bəlli olub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi baş məşqçi vəzifəsinə Torsten Fink ilə prinsipial razılığa gəlib.

Fink sabah Samsun şəhərində olacaq.

58 yaşlı mütəxəssis son olaraq Belçikanın "Genk" komandasında çalışmış və dekabr ayında oradan ayrılıb. Karyerası ərzində Fink "Ingolstadt", "Bazel", "Hamburq", APOEL, "Avstria Vyen", "Qrasshopper", "Vissel Kobe", "Riqa",  "Əl-Nəsr" və "St.Truiden" komandalarında çalışıb.

Fink "Bazel" ilə 2 İsveçrə Super Liqası və 1 İsveçrə Kuboku, "Vissel Kobe" ilə isə 1 Yaponiya Kuboku və 1 Yaponiya Super Kuboku qazandığı bildirilir.

Qeyd edək ki, "qırmızı-ağlılar" dünən keçirilən "Antalyaspor" matçından sonra Tomas Reis ilə yollarını ayırmışdı. Komandanın son iki baş məşqçisi – Markus Qisdol və Tomas Reis – alman mütəxəssislər olub və rəhbərlik Fink ilə razılığa gələrək bu ənənədən imtina etməyib.

Seçilən
30
90deqiqe.az

1Mənbələr