AZ

Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

Münxen. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın14-də Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobalməsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.

Trend xəbər verirki, görüşdə ölkəmizlə şirkət arasında 2010-cu ildən bəri həyatakeçirilən uğurlu tərəfdaşlığa toxunuldu, əlaqələrin mövcudvəziyyəti müzakirə olundu.

Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə ölkəmizlə“The Goldman Sachs Group Inc.” arasında əməkdaşlığınperspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsiaparıldı.

Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “The Goldman SachsGroup Inc.” şirkətinin uğurlu tərəfdaşlığının əhəmiyyətivurğulandı.

Qeyd edək ki, mənzil-qərargahı ABŞ-nin Nyu-York şəhərindəyerləşən “The Goldman Sachs Group Inc.” 1869-cu ildə təsis edilib.Şirkət investisiya və istehlak bankçılığı, qiymətli kağızlar,aktivlərin idarə edilməsi sahələrində çalışan dünyanın aparıcıqlobal maliyyə institututlarından biridir və hazırda 40-dan çoxölkədə fəaliyyət göstərir. O, müxtəlif siniflər üzrə 2,8 trilyonABŞ dolları dəyərində aktivləri idarə edir.

Seçilən
47
50
az.trend.az

10Mənbələr