AZ

Əsas olan odur ki, qalib gəldik Rəşad Sadıqov

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında XX tur start götürüb.

Fanat.Az xəbər verir ki, Günə "Zirə" – "Karvan-Yevlax" oyunu ilə yekun vurulub. Meydan sahiblərinə 1 qol bəs edib.

Meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

"Gərgin matç keçdi. Gözləntilərimiz də bu idi. Rəqib hər oyuna "ölüm-qalım" mübarizəsi ilə çıxır. Hər xal onlar üçün önəmlidir. Bilirdik ki, qarşımızda möhkəm komanda olacaq. Müdafiə davranışları fərqli idi, daha kompakt oynadılar. Oyunboyu yaxşı hücumlarımız var idi. 2-ci və ya 3-cü qolu vursaydıq, oyun daha rahat keçərdi. Amma əsas olan odur ki, qalib gəldik. Rəqibə qol epizodu vermədik. Futbolçularımı təbrik edirəm. Çox vacib və stressli görüşdə qələbə qazandıq."

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
fanat.az

2Mənbələr