AZ

“Bavariya” Con Stounzu heyətinə qatmaq istəyir

“Mançester Siti”nin mərkəz müdafiəçisi Con Stounz karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, “Bavariya” futbolçunun xidmətində maraqlıdır. Münhen təmsilçisi artıq futbolçunun agenti ilə artıq ilkin danışıqlara başlayıb.

 Mənbənin məlumatına görə, transferdə Münhen təmsilçisinin baş məşqçisi Vinsen Kompaninin mühüm rolu ola bilər. Vaxtilə “Mançester Siti”nin kapitanı olmuş belçikalı mütəxəssisin, eləcə də Stounzun həmyerlisi Harri Keynin bu keçiddə təsir imkanları qeyd olunur.

31 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi gələn yay başa çatır və “şəhərlilər”in sözləşməni yeniləməsi ehtimalı azdır.

Bundan başqa, müdafiəçinin xidmətində "Atletiko Madrid" və "Milan" də maraqlıdır.

Cari mövsümdə Stounz bütün turnirlərdə 13 oyunda iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb. “Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 18 milyon avrodur.

Seçilən
13
90deqiqe.az

1Mənbələr