Bu gün Misli Premyer Liqasında XX tur start götürüb.
Fanat.Az xəbər verir ki, Günə "Zirə" – "Karvan-Yevlax" oyunu ilə yekun vurulub. Meydan sahiblərinə 1 qol bəs edib.
Meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
"Gərgin matç keçdi. Gözləntilərimiz də bu idi. Rəqib hər oyuna "ölüm-qalım" mübarizəsi ilə çıxır. Hər xal onlar üçün önəmlidir. Bilirdik ki, qarşımızda möhkəm komanda olacaq. Müdafiə davranışları fərqli idi, daha kompakt oynadılar. Oyunboyu yaxşı hücumlarımız var idi. 2-ci və ya 3-cü qolu vursaydıq, oyun daha rahat keçərdi. Amma əsas olan odur ki, qalib gəldik. Rəqibə qol epizodu vermədik. Futbolçularımı təbrik edirəm. Çox vacib və stressli görüşdə qələbə qazandıq."