AZ

“Bavariya” səfərdə “Verder”i darmadağın etdi

Almaniya Bundesliqasının 22-ci turunda “Verder” ilə “Bavariya” üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Bremen şəhərində yerləşən “Voninvest Vezerştadion”da keçirilən qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun baş hakimi Rostoklu referi Bastian Dankert olub.

Hesabı 22-ci dəqiqədə penaltidən Harri Keyn açıb. İngiltərə millisinin hücumçusu üç dəqiqə sonra özünün və komandasının ikinci qolunu vuraraq dubl edib. Münhenlilərin üçüncü qoluna isə 70-ci dəqiqədə Leon Qoretzka imza atıb.

Bu nəticədən sonra “Verder” 19 xalla 16-cı pillədə qərarlaşıb. 57 xala yüksələn “Bavariya” isə Bundesliqanın lideridir.

Növbəti turda Bremen təmsilçisi fevralın 22-də səfərdə "St.Pauli "ilə qarşılaşacaq. “Bavariya” isə fevralın 21-də doğma meydanda "Ayntraxt"ı qəbul edəcək.

Seçilən
17
90deqiqe.az

1Mənbələr