AZ

"Lukaşenko niyə Vaşinqtona getməkdən imtina etdi?" - "Deutsche Welle"

"Minsk yenə Kreml amilinin kölgəsində geri addım atdı..."

Belarus prezidenti Aleksandr Lukaşenkonun Vaşinqtonda keçiriləcək "Sülh Şurası" sammitində iştirakdan imtinasını onun xarici siyasətdə məhdud manevr imkanlarının göstəricisidir.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Nəşrin köşə yazarı, belaruslu tarixçi Aleksandr Fridman qeyd edir ki, Minsk hər dəfə Qərb istiqamətində real açılım şansı yarananda həlledici anda geri addım atır.

Qərblə ehtiyatlı yaxınlaşma və Münhen presedenti

Fevralda keçirilən Münhen Təhlükəsizlik Konfransında artıq illərdir beynəlxalq təhlükəsizlik gündəminin əsas platformasıdır. 2020-ci ildən sonra Belarus burada əsasən müxalif lider Svetlana Tsixanovskaya vasitəsilə təmsil olunur.

Lakin 2019-cu ildə münasibətlərin nisbətən istiləşdiyi dövrdə Lukaşenko özü də Münhenə dəvət edilmişdi. O, son anda imtina etdi və heyətə xarici işlər naziri Vladimir Makey rəhbərlik etdi. Qərbdə bunu Moskva ilə münasibətləri korlamamaq cəhdi kimi qiymətləndirirdilər.

Oxşar vəziyyət 2017-ci ildə də yaşanmışdı: Belarus Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitində yüksək səviyyədə təmsil olunmadı. Lukaşenko Qərblə dialoqa açıq mesajlar versə də, Kreml tərəfindən "Qərbə dönüş" kimi yozula biləcək simvolik addımlardan yayınmağa çalışırdı.

Vaşinqton sammiti və Kreml amili

2025-ci ildə ABŞ prezidenti Donald Tramp tərəfindən təsis edilən "Sülh Şurası"nın ilk sammiti Lukaşenko üçün həm siyasi, həm də simvolik baxımdan mühüm şans idi. Bu, Vaşinqtonla münasibətlərdə yeni mərhələ və şəxsi təmas imkanı demək idi.

Ancaq rəsmi Minsk son anda geri çəkildi. Mətbuat katibi Natalya Eysmont qərarı texniki və logistika səbəbləri ilə izah etsə də, bundan əvvəl Lukaşenko ilə Vladimir Putin arasında təcili telefon danışığının baş tutması və Moskvanın sərt bəyanatları Kremlin təsirini istisna etmir.

Fridmanın qənaətinə görə, Lukaşenko formal suverenlik iddialarına baxmayaraq, Moskva ilə "xüsusi münasibətləri" riskə atmaq istəmir. Nəticədə Vaşinqton səfəri Belarus üçün siyasi sıçrayışa çevrilə biləcək bir fürsət olsa da, Minsk yenidən Kremlin müəyyən etdiyi sərhədlər daxilində qalmağa üstünlük verdi.

Seçilən
25
1
moderator.az

2Mənbələr