AZ

İşə düzəltmək adı ilə tanışının 11500 manatını ələ keçirən dələduz tutuldu



Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Seçilən
41
10
baki-xeber.com

10Mənbələr