AZ

Qurban Qurbanov bu komandaya 10 min ayırdı

Ajans.az Sportinfo-ya istinadən xəbər verir ki, o, doğma rayonunun eyniadlı təmsilçisinə 10000 manat ianə ayırıb. Həmin məbləğ komandanın müəyyən məsrəflərinin qarşılanması üçün nəzərdə tutulub. Əyalət klubu 12 ildir I Liqada mübarizə aparır. Ağdamlıların çalışdırıcısı ötən müddət ərzində daim “yaşıllar”a kömək əlini uzadıb. Onun böyük qardaşı Musa Qurbanov da buradadır. Tanınmış funksioner Müşahidə Şurasında yer alır.

“Zaqatala” hazırda I Liqanın ortababları arasındadır. Rüstəm Məmmədovun çalışdırdığı kollektiv 14 tur ərzində 18 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Seçilən
21
1
Ajans.az

3Mənbələr