AZ

Çinin keçmiş dövlət müşaviri iqtisadi əlaqələrin münaqişələrin qarşısını almaqda rolunu vurğulayıb

Çinin keçmiş dövlət müşaviri iqtisadi əlaqələrin münaqişələrin qarşısını almaqda rolunu vurğulayıb.

APA-nın xəbərinə görə, bunu Çin Xalq Respublikasının keçmiş dövlət müşaviri, Çin və Qloballaşma Mərkəzinin təsisçisi və prezidenti Vanq Huiyao Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda paneldə bildirib.

“Bizim üçün Mərkəzi Asiya, Xəzər regionu və Türkiyə, Avropaya kömək etmək çox vacibdir, çünki bu, sadəcə nəqliyyat marşrutu deyil. Enerji, daha çox yaşıl enerji əməkdaşlığı var. Ətraf mühit də var. Bütün digər istehsal və bütün investisiyalar bu şeylərlə birlikdə gəlir. Ona görə də düşünürəm ki, bizə bir uğur hekayəsi, qurulmuş infrastruktur lazımdır. Çin atalar sözündə deyilir ki, varlı olmaq istəyirsinizsə, əvvəlcə yollar tikin. Ona görə də həmin dəhlizləri tikmək və həmin hissəni birləşdirmək, beləliklə, Çin və Avropanı Mərkəzi Asiya, Qafqaz ölkələri vasitəsilə birləşdirmək çox doğru olacaq. Bu, bütün ölkələrə fayda verəcək. Beləliklə, nə qədər çox ticarət etsək, bir o qədər çox birlikdə iş aparsaq, bir o qədər çox etimad qazansaq, münaqişəyə girməkdənsə, daha çox sülh axtaracağıq. Beləliklə, hələ də Üçüncü Dünya Müharibəsinə başlamayacağımız inanıram. Çünki bütün dünya bir-biri ilə çox bağlıdır. Bundan sonra əlaqəmizi pozmağa imkan verməməliyik”, – deyə o qeyd edib.

Seçilən
31
1
apa.az

2Mənbələr