AZ

Mark Rutte Ukraynaya yalnız NATO-nun tövsiyə etdiyi silahların verilməsinə çağırdı

Bakı. Trend:

NATO-nun baş katibi Mark Rutte bütün Qərb ölkələrini Ukraynayayalnız NATO tərəfindən tövsiyə edilən silahları verməyə və mediadaişıqlandırılması naminə "lazımsız silahlar" göndərməməyəçağırıb.

Trend-in məlumatına görə, bu barədə Mark Rutte MünxenTəhlükəsizlik Konfransında cıxışı zamanı deyib.

"NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanıukraynalılarla birlikdə onlara lazım olan silahların siyahısınıtərtib edib. Media fotolarında nə qədər gözəl görünsə də, busiyahıya daxil olmayan silahların ikitərəfli əsasda tədarükünəehtiyac yoxdur. NATO əvvəlcə nəyə ehtiyac duyduqlarını dəqiqbilir", - deyə o bildirib.

Seçilən
42
1
az.trend.az

2Mənbələr