AZ

Marta Kos Prezident İlham Əliyevə təşəkkür edib

Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Prezident İlham Əliyevə təşəkkür edib.

"Unikal" xəbər verir ki, Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda paneldə bildirib ki, keçmişdə Qara dənizi və ya Xəzər dənizini bizi birləşdirən bir şey kimi deyil, daha çox bizi ayıran bir şey kimi görməyi qəbul etmişik.

“Ermənistanla Azərbaycan arasındakı sülh əvvəllər mümkün olmayan bir qapı açdı. Prezident İlham Əliyev, Avropa İttifaqı tərəfindən ciddi şəkildə dəstəklənən bu sülh layihəsində liderliyinizə görə təşəkkür edirəm. Biz yeni bir struktur qururuq. Bu, Avropa ilə Çin arasındakı bütün digər marşrutları unutacağımız anlamına gəlmir, amma şaxələndirməyə diqqət yetirməliyik. Araşdırmalar göstərir ki, Trans-Xəzər nəqliyyat dəhlizi 2030-cu ilə qədər trafik həcmini üç dəfə, yəni tranzit müddətini yarıya qədər artıra və ildə on milyonlarla xərcə qənaət edə bilər. Və bu, biznes üçün ən böyük cəlbedici amillərdən biridir, - deyə o vurğulayıb.

Seçilən
52
7
unikal.az

10Mənbələr