AZ

Aşağı divizion klubuna keçdi - PSJ və “Bayern”in sabiq müdafiəçisi

PSJ-nin və “Bayern”in sabiq müdafiəçisi Xuan Bernat karyerasını İspaniyanın aşağı liqasında davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Eybar” 32 yaşlı oyunçu ilə azad agent kimi müqavilə bağlayıb.

Sözləşmənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

“Eybar” hazırda İspaniyanın ikinci divizionunda çıxış edir. Komandanın 32 xalı var və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bernat ötən mövsüm “Xetafe” və “Vilyarreal”da oynayıb. İspaniyalı müdafiəçi La Liqada 24 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə verib.

Seçilən
14
sportinfo.az

1Mənbələr