AZ

Əntiq əşyalarının idxalına ƏDV ləğv olunur Bəs dərman və uşaq yeməkləri necə?

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan hökuməti bahalı əntiq əşyaların ölkəyə idxalını ƏDV-dən azad etmək qərarına gəlib.

“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu qərarı öz sosial şəbəkə səhifəsində tənqid edib. Onun da qeyd etdiyi kimi, əsasən varlı təbəqənin işinə yarayan bu qərar əslində, xaricdən gətirilən dərmanlara və bir çox ərzaq məhsullarına tətbiq edilsəydi, daha məqsədəuyğun olardı: 

“Hökumət yeni təkliflə çıxış edib, təklifi Parlamentə göndərib, sitat: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad ediləcək”. 

Yəni, ölkəyə gətirilən bahalı əntiq və kolleksiya əşyaları, rəsm və incəsənət nümunələri 18% ƏDV-dən azad olunacaq – möhtəşəm təşəbbüsdür, 350 manat təqaüd alan Mamed dayı, Sənəm xala buna çox sevinəcəklər. Bəs necə, axı onlar neçə vaxtdır xarici auksionlardan əldə etdikləri əsərləri, əntiq əşyaları 18% ƏDV ödəyib ölkəyə gətirirdilər, indi bu ödənişdən azad olublar! Xəbəri eşidən, ayda 700 manat maaş alan Vəli əmi, çox güman, sevincindən ağlayacaq, neçə vaxtdır qədim Romada istifadə edilən əntiq vaza almışdı, 18%-ə görə gətirməyə tələsmirdi! Eşq olsun! 

Biz illərdir deyirik ki, heç olmasa, dərman, uşaq yeməkləri, bəzi ərzaq məhsullarında 18% ƏDV-ni ləğv edin, ya kəskin azaldın ki, qiymətlər bir az ucuzlaşsın, Mamed dayı, Vəli əmi, Sənəm xala dərmana, ərzağa dəyərindən 18% az ödəsin, əvəzində öz “kruqlarında” olan “beş-on” nəfər kolleksionarlərin büdcəyə ödəyəcəyi 18% vergini ləğv edirlər. Bu addım, heç olmasa, muzeylər, sərgilər üçün olsaydı, yenə başa düşülən olardı, amma, hamıya şamil edilir...”

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
103
azpolitika.info

1Mənbələr