AZ

Premyer Liqa: "Qarabağ" Qubada "İmişli"ni məğlub edib

Misli Premyer Liqasının XX turuna start verilib.

Aznews.az xəbər verir ki, "Qarabağ" Qubada "İmişli" ilə qarşılaşıb.

Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi qələbə qazanıb - 1:0.

Yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı İmişli komandasının qapısından keçirib.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qarabağ" bu nəticədən sonra xallarının sayını 45-ə yüksəldib. "İmişli" isə 19 xalla doqquzuncudur.

Günün son görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. "Zirə" "Karvan-Yevlax"ı qəbul edəcək.

Seçilən
25
5
aznews.az

8Mənbələr