AZ

"Qarabağ" Musa Qurbanlının qolu ilə qalib gəldi

Ajans.az xəbər verir ki, "Qarabağ" Qubada "İmişli" ilə qarşılaşıb. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi qələbə qazanıb - 1:0. Yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı İmişli təmsilçisinin qapısından keçirib. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qarabağ" bu nəticədən sonra xallarının sayını 45-ə yüksəldib. "İmişli" isə 19 xalla doqquzuncudur.

Günün son görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. "Zirə" "Karvan-Yevlax"ı qəbul edəcək.

Seçilən
26
5
Ajans.az

8Mənbələr