AZ

Əməkdar artistin sevənlərinə 14 Fevral Sevgililər Günü sürprizi

ain.az bildirir, Baku.ws portalına istinadən.

Əməkdar artist Gülüstan Əliyeva "14 Fevral- Sevgililər Günü" münasibətilə sevənlərinə xüsusi sürpriz edib.

BAKU.WS xəbər verir ki, onun "Gəl" adlı yeni klipi məhz bu gündə pərəstişkarların ixtiyarına təqdim olunub.

Bəstənin müəllifi Səfər Zaman, aranjiman isə Rasim və Dahinə məxsusdur.

Ekran işi "Alizade Group" tərəfindən hazırlanıb, layihənin prodüseri isə Anar Əlizadədir.

"Gəl" klipi artıq Gülüstan Əliyevanın yutub kanalında və bütün rəqəmsal platformalarda yayımlanır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
baku.ws

1Mənbələr