“İmişli” və “Qarabağ” (0:1) arasında baş tutan qarşılaşmada Ağdam təmsilçisi azlıqda qalıb.
KONKRET.az xəbər verir ki, Misli Premyer Liqasının XX turu çərçivəsində baş tutan matçın 72-ci dəqiqəsində “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges qırmızı vərəqə alaraq meydandan qovulub.
Belə ki, təcrübəli oyunçu rəqib futbolçu ilə mübarizə zamanı topu ötürdükdən sonra yaşanan təmas nəticəsində birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Həmin görüntüləri təqdim edirik: