Misli Premyer Liqasının XX turuna start verilib.
Publika.az-ın məlumatına görə, "Qarabağ" Qubada "İmişli" ilə qarşılaşıb.
Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi qələbə qazanıb - 1:0.
Yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı İmişli təmsilçisinin qapısından keçirib.