AZ

Süfrələrimizin yeni favoriti: Hansı daha təhlükəsizdir?

Son vaxtlar quru meyvələr süfrələrdə getdikcə daha çox yer almağa başlayıb. Sağlam qidalanmaya marağın artması, şəkərsiz və uzunömürlü məhsullara üstünlük verilməsi də quru meyvələrə tələbatı xeyli yüksəldib. Paralel olaraq, son vaxtlar ev şəraitində meyvə qurutmağa imkan verən aparatların reklamı da artıb və istehlakçılar üçün “özün hazırla” modeli maraqlı alternativə çevrilib. Bəs bu bazarda real vəziyyət necədir? Quru meyvələrin qiymətləri hansı istiqamətdə dəyişir və hansı məhsullara üstünlük verilir? Evdə meyvə qurudarkən hansı məqamlar nəzərə alınmalıdır?

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin araşdırmasında qeyd edilir ki, bu sahədə geniş yayılan məhsullar sırasında alma, xurma, üzüm, ərik, albuxara, əncir, gavalı, şaftalı və tut quruları xüsusi yer tutur. Araşdırmaya görə, hazırda quru meyvə bazarında təxminən 15-ə yaxın müəssisə fəaliyyət göstərir. Quru meyvələrin əsas istehlakçıları restoran və otel şəbəkələri, qida istehsalçıları, sağlam qidalanmaya üstünlük verən insanlar, orta və yüksək gəlirli əhali qrupları, həmçinin ixtisaslaşmış mağazalardır.

Həm idxal, həm ixrac edirik

2025-ci ilin yanvar-may aylarında Azərbaycan 1,273 milyon dollar dəyərində quru meyvə idxal edib. Rəsmi göstəricilərə görə, bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,7 faiz artım deməkdir.

Özümüz də digər ölkələri quru meyvə ilə təmin edirik. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici bazarlara 759 ton qurudulmuş meyvə ixrac edib. Bu məhsulların satışından ölkəyə ümumilikdə 2,67 milyon dollar gəlir daxil olub. Statistik məlumatlara əsasən, hesabat dövründə Azərbaycanın əsas ixrac bazarı Rusiya olub. Avropa ölkələri arasında Almaniya əsas ixrac istiqamətlərindəndir.

Seçilən
49
publika.az

1Mənbələr