ABŞ Suriyada İŞİD mövqelərinə zərbələr endirib.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, ABŞ hərbi qüvvələri fevralın 3-dən 12-nə qədər Suriyada 30-dan çox İŞİD obyektinə 10 zərbə endirib.
Terror qrupunun infrastrukturu və silah anbarları aviazərbələrlə hədəfə alıb.