AZ

Rusiyada müxalifət lideri hökumətə çağırış etdi

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiyada müxalifəti təmsil edən "Yeni İnsanlar" partiyasının lideri Aleksey Neçayev Baş nazir Mixail Mişustinlə keçirdiyi görüşdə hökumətin mövcud siyasətinə dair sərt tənqidlər səsləndirərək hərtərəfli "antidepressiv plan" təqdim edib. 

"Cebheinfo.az" xəbər verir ki, partiya lideri xüsusilə son dövrdə artan qadağaların, blokadaların və vergi öhdəliklərinin xalq üzərində mənfi təsir yaratdığını vurğulayıb.

Neçayevin Baş nazir Mişustinə təqdim etdiyi plan mövcud iqtisadi və sosial problemlərə həll yolu gətirməyi hədəfləyir.

Planın əsas bəndləri arasında bir il müddətinə bütün yeni qadağa, cərimə və vergi artımlarına moratorium qoyulması, kiçik müəssisələr üçün vergi ödənişlərində möhlət verilməsi və bankların səhv hesab bloklamalarından qaynaqlanan zərərləri kompensasiya etməsi öhdəliyi yer alıb.

Neçayev hökumət rəsmiləri ilə görüşündə mövcud siyasətin cəmiyyətdə yaratdığı narahatlığa diqqət çəkib. Partiya lideri ard-arda tətbiq edilən qadağa və cərimələrin vətəndaşların dövlətə olan etibarını sarsıtdığını bildirib.

"İnsanlar dövlətin onları anladığını hiss etməməyə başlayıblar", – deyən Neçayev bu vəziyyətin ictimai depressiyaya yol açdığını müdafiə edib.

Partiya lideri təqdim etdiyi planın bu mənfi gedişatı tərsinə çevirə biləcəyini ifadə edib.Neçayevin planının ikinci maddəsi xüsusilə kiçik biznes subyektlərini hədəf alır. Mövcud iqtisadi şəraitdə ayaqda qalmaqda çətinlik çəkən kiçik müəssisələrə vergi ödənişlərində möhlət imkanı tanınması istənilir.

Bu tənzimləmənin kiçik biznesin nağd pul axınını rahatlatması və iflasların qarşısını alması hədəflənir.Planın üçüncü maddəsi son dövrdə tez-tez şikayət mövzusu olan səhv bank hesabı bloklamaları ilə bağlıdır. 

Neçayev bankların səhv bloklamalar səbəbindən müştərilərin uğradığı zərərləri təzmin etməklə vəzifələndirilməsini tələb edib.Xüsusilə terrorizmlə mübarizə və çirkli pulların yuyulmasına qarşı mübarizə qanunvericiliyi çərçivəsində tətbiq edilən hesab bloklamalarında günahsız vətəndaşların problem yaşadığı barədə çoxsaylı şikayətlər var. Neçayevin təklifi bu mağduriyyətlərin aradan qaldırılmasını məqsəd qoyur.

Hökumətdən hələlik cavab yoxdur

Neçayevin təqdim etdiyi "antidepressiv plan"a Baş nazir Mişustinin necə cavab verdiyi hələlik məlum deyil. 

Görüşün məzmunu ilə bağlı rəsmi açıqlama verilməsə də, "Yeni İnsanlar" partiyasının təkliflərinin hökumət tərəfindən qiymətləndirməyə alındığı bildirilir.

Ekspertlər Neçayevin bu gedişini Rusiyada artan iqtisadi çətinliklər və ictimai narazılıq qarşısında müxalifətin yeni bir ritorika inkişaf etdirmə cəhdi kimi qiymətləndirirlər.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
89
1
cebheinfo.az

2Mənbələr