AZ

Fon der Leyen Avropaya Ukraynadan öyrənməyi tövsiyə edib: Dəyiş və ya Öl

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, Avropa ölkələrini Ukraynadan öyrənməyə və ukraynalıların həyat kredosunu mənimsəməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, o, bu fikirləri Münhen Təhlükəsizlik Konfransında səsləndirib və Avropa üçün yeni bir təhlükəsizlik doktrinasının hazırlanması zərurətini vurğulayıb.

Fon der Leyen, Avropanın hər zaman ərazi, iqtisadiyyat, demokratiya və həyat tərzini qorumağa yönəlməli olduğunu qeyd edib. Onun sözlərinə görə, Ukraynanın təcrübəsi göstərib ki, güc, qorunma və sağ qalma bacarığı sənaye potensialından asılıdır.

"Axı, nəhayət, müstəqilliyin həqiqi mənası budur. Ukraynada deyirlər: "dəyiş və ya öl". Biz də bu kredonu qəbul etməliyik. Vətəndaş və müdafiə sektorları arasında möhkəm divarı dağıtmalıyıq. Avropa avtomobil istehsalı, aerokosmik texnologiyalar və ağır sənaye sahələrində güclü istehsal mərkəzidir. Biz bu sahələri sadəcə kommersiya sektoru kimi deyil, müdafiə sahəsində dəyər zəncirinin əsasını görməliyik", – deyə o vurğulayıb.

Bundan əlavə, fon der Leyen Avropa ölkələrini Ukraynadan süni intellekt, kibertəhlükəsizlik, dronlar və kosmos texnologiyalarının inkişafında öyrənməyə çağırıb.

"Belə yanaşma ilə, biz imkanlarımızdakı boşluqları sürətlə aradan qaldıra bilərik. Dronlar bunun ən bariz nümunəsidir – onlar Ukraynada döyüş itkilərinin təxminən 80%-ni təşkil edir. Buna görə biz bu sahədə yenilikləri və istehsalı sürətləndiririk", – deyə o əlavə edib.

Avropa Komissiyasının rəhbəri, belə yanaşmanın Avropa ölkələrinə müdafiə qabiliyyətlərini tez bir zamanda gücləndirmək imkanı verəcəyini bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
bizimyol.info

1Mənbələr