AZ

Fransada döyülən futbolçu ''Yuventus''u xilaskar adlandırdı

Bu ayın əvvəllərində ''Yuventus''un ''Nitsa''dan mövsümün sonuna qədər icarəyə götürdüyü Jeremi Boqa Fransada yaşadığı qalmaqal ilə bağlı ilk dəfə açıqlama verib.

"Football-plus.az" xatırladır ki, dekabrın əvvəllərində bu futbolçu ''Nitsa'' fanatlarının hücumuna məruz qalmışdı. Ardıcıl məğlubiyyətlərdən təngə gələn yüzlərlə azarkeş ''Nitsa''nın bazasına gəlmiş və bəzi oyunçuların üzərinə hücum çəkmişdilər. Ən çox zərər çəkən məhz Boqa olmuşdu. Fanatlar kot d'İvuarlıya fiziki xəsarət yetirmiş və ona qarşı nalayiq hərəkətlər etmişdilər.

29 yaşlı futbolçu ''Yuventus''un onu xilas etdiyini deyib:

''İlk dövrədə başıma gələnlərdən sonra burda olduğum üçün çox sevincliyəm. Həqiqətən xoşbəxtəm. Fransada həm mənim, həm də ailem üçün çox çətin bir dönəmdən keçdim. Detallara girmək istəmirəm. Yalnız onu deyə bilərəm ki, iki ay boyunca fizioterapevtim və həyat yoldaşımla yaşayaraq evdən çıxmadım. Ağır günlər idi. Artıq bundan qurtulmuşam. İlk iki həftə normal yemək yeyə bilmədim. Ona görə də bir xeyli çəki atdım. Çünki tək mən yox, ailəm də çox qorxmuşdu. Hamımız duyğusal anlar yaşayırdıq. Amma vaxt ötdükcə bu yaşananları unutmaq və irəliyə boylanmaq istədim. ''Yuventus'' sözün əsil mənasında məni xilas etdi. Bu transfer mənim üçün göydəndüşmə oldu. Kənan Yıldızı çox bəyənirəm. Əsil fenomendi. Onun kimi futbolçu ilə birlikdə oynamaq gözəl duyğudu. Məni çox yaxşı və hörmətli şəkildə qarşıladı''.

Boqa indiyə qədər ''Yuve''də 2 rəsmi oyuna çıxaraq aktivinə 1 məhsuldar ötürmə yazıb.
Seçilən
119
football-plus.az

1Mənbələr